Bakıda tanışını öldürmək istəyən şəxsin məhkəməsi başladı


  • 15 Sentyabr 2021 15:46

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməyə cəhddə təqsirləndirilən Cabir Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 20-nə təyin edilib.

İttihama görə, hadisə bu ilin mart ayının 8-də paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü C.Sadıqov şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı tanışı Tərxan Rzayevə xuliqanlıq etməklə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

İş üzrə toplanan sübutlar əsasında C.Sadıqova Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilib.

Oxşar xəbərlər