Mercedes-Benz markalı avtomobillərin Azərbaycandakı rəsmi nümayəndəliyi məhkəməyə verildi


  • 18 May 2022 16:49

Mercedes-Benz markalı avtomobillərin Azərbaycandakı rəsmi nümayəndəsi olan “Avtokapital-Azərbaycan” MMC məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, "Azıx" MMC şirkətə qarşı podrat müqaviləsi üzrə yaranan mübahisə ilə bağlı iddia qaldırıb.

İş Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası iyunun 21-nə təyin edilib.

Gülnar Abdullayeva

Oxşar xəbərlər