Cinayət-Prosessual Məcəlləsinə məhkəmə hökmləri ilə bağlı dəyişiklik edilir


  • 22 Sentyabr 12:52

Xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması qaydası təkmilləşdirilir.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının 25-ci (müsadirə edilən əmlak) maddəsinin icrası məqsədilə hazırlanıb. Həmin maddəyə uyğun olaraq tərəf bu Konvensiyanın 23-cü və 24-cü maddələrinə uyğun olaraq müsadirə etdiyi əmlaka sərəncamı öz milli qanunvericiliyinə və inzibati prosedurlarına uyğun həyata keçirir. Tərəf bu Konvensiyanın 23-cü və 24-cü maddələrinə uyğun olaraq digər tərəfin təqdim etdiyi sorğu əsasında hərəkət etdikdə tərəflər milli qanunvericiliyin yol verdiyi həddə və müvafiq sorğu təqdim edildikdə, cinayətdən zərərçəkmiş şəxslərə kompensasiyanın ödənilməsi və əmlakın qanuni sahiblərinə qaytarılması məqsədilə müsadirə olunmuş əmlakın sorğu edən tərəfə qaytarılmasının mümkünlüyünü prioritet olaraq olaraq nəzərdən keçirirlər.

Mənbə: APA

Oxşar xəbərlər