Bakıda soyğunçuluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 17 Mart 2023 10:19

Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Rəhman Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplnana cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, R.Muradov Xaçmaz rayon sakinindən paytaxt Bakıda 500 manata yaxın pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə

Oxşar xəbərlər