Ali Məhkəmədə apellyasiya məhkəmələrinin sədrləri ilə iclas keçiridi - FOTO


  • 26 May 2023 20:05

Mayın 26-da Azərbaycan Respublikasının Ali Məhkəməsində ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiya məhkəmələri və müvafiq məhkəmə kollegiyalarının sədrlərinin iştirakı ilə iclas keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlər, Ali Məhkəmə ilə apellyasiya instansiyası məhkəmələri arasında əlaqələr, cari vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Qanunun aliliyinin təmin edilməsi, həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında Ali Məhkəmənin rolundan bəhs edilib.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə keçən iclasda müəyyən təkliflər də səsləndirilib.

Oxşar xəbərlər