- 24 Yanvar 17:48
Abşeronda tanınmış həkim Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Muhammet Gündüzün cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fəhmin Hümbətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün Abşeron rayonu, Novxanı kəndində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1982-ci il təvəllüdlü Türkan Gündüzə xəsarət yetirərək onu qətlə yetirib. M.Gündüzə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
T.Gündüz ixtisaslı plastik cərrah, koloproktoloq olub. O, bir sıra tanınmış klinikalarda fəaliyyət göstərib. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub
Şəbnəm Mehdizadə