"Unikal Klinika" cərimə oluna bilər


  • 13 İyun 11:12

Dövlət Gömrük Komitəsi "Unikal Klinika" MMC-yə cərimə protokolu yazıb.

E-huquq.az-ın məlumatına görə, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunaraq bxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Rövşən Xəlilovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər