“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir


  • 23 Sentyabr 2022 11:51

Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilir.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.

Oxşar xəbərlər