Sahibkarlıq sahəsində yoxlayıcıya dair tələblər müəyyən edilir


  • 4 May 2023 12:42

Sahibkarlıq sahəsində yoxlama zamanı yoxlayıcının səlahiyyətləri və yoxlayıcıya dair tələblər müəyyən edilir.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

Hər bir yoxlayıcı orqan illik təlim planı qəbul etməlidir. Planda əhatə olunacaq mövzular, ayrılmış resurslar, təlim keçəcək işçilər və qiymətləndirmə metodu öz əksini tapmalıdır.

Təlim planları üzrə yoxlayıcıların aşağıdakı sahələr (istiqamətlər) üzrə səriştələrinin artırılması təmin edilməlidir:

- müvafiq yoxlama sahəsi üzrə peşə biliyi;

- risklərin idarə olunması;

- məcburi tələblərə riayət edilməsinin təşviqi, eləcə də sahibkarlar və ictimaiyyətlə ünsiyyət;

- yoxlamanın nəticələrinə uyğun olaraq görülən tədbirlər.

- Yoxlayıcının peşəkarlıq səviyyəsinin müvafiq peşə və kvalifikasiya standartlarına uyğunluğu bu Qanunun 7.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla yoxlayıcı orqan tərəfindən təlimlər vasitəsilə təmin edilməlidir.

Oxşar xəbərlər