- 17:53
Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
.jpg)
Qeyd edək ki, R.İsmayılov 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1994-cü ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim, 2006-cı ildən dosentdir.
1997-ci ilin fevralından 2003-cü ilə kimi Xəzər Universitetində müəllimi işləyib. 2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib.
2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olub.
22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. 2025-ci ilin iyul ayında onun səlahiyyət müddəti başa çatıb.