Putin İran müharibəsi ilə bağlı Trampa kömək təklif etdi


  • 29 Aprel 23:30

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü telefon danışığı zamanı İranla müharibə, xüsusən də zənginləşdirilmiş uranla bağlı ABŞ prezidenti Donald Trampa kömək təklif edib.

E-huquq.az xəbər verir ki, Tramp bu barədə Putinlə telefon danışığından sonra açıqlama verib..

"O, kömək etmək istərdi. Mən dedim ki, mənə kömək etməzdən əvvəl müharibənizə son qoymaq istəyirəm", - Tramp CNN-ə açıqlamasında deyib.

Tramp bundan başqa Putinlə söhbətin çox yaxşı olduğunu və Ukraynadakı münaqişəyə həllin nisbətən tez olacağını bildirib.

Oxşar xəbərlər