- 9 Oktyabr 21:39
"Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası” dəyişdirilib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda pilot layihənin həyata keçirilməsi vaxtı daha 3 il uzadılaraq 2021-2027-ci illər müəyyən edilib.