Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı


  • 2 İyun 2023 17:29

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb..

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 4 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 14 nəfər sağalıb. Bir nəfə dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 831 853 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 530 nəfər müalicə olunaraq sağalıb, hazırda 48 aktiv xəstə var. Bu günə qədər 10 275 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 830, bu günə qədər isə ümumilikdə 7 624 100 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 57 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 965 758 olub.

Oxşar xəbərlər