Vəkillər Kollegiyasının üzvünün dərs vəsaiti işıq üzü gördü


  • 14 Dekabr 2020 16:29

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xəzər Universitetinin baş müəllimi Akif Əlizadə “Ailə hüquqlarının müdafiəsi. Ailənin sosial, hüquqi və iqtisadi müdafiə hüququ: nəzəriyyə və təcrübə” adlı dərs vəsaiti işıq üzü görüb.

E-huquq.az-ın məlumatına görə, dərs vəsaitinin rəyçiləri arasında Vəkillər Kollegiyasının sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov da yer alıb.

Üç bölmədən ibarət olan dərs vəsaitində Azərbaycan Respublikasının Ailə Məcəlləsində, digər qanunvericilik aktlarında və beynəlxalq sənədlərdə nəzərdə tutulan müdafiə mexanizmləri barədə geniş məlumat verilir. Dərs vəsaitində praktiki materialların-ərizələr, iddia ərizələri, apelyasiya və kassasiya şikayətləri nümunələri də öz əksini tapıb.

Həmçinin, dərs vəsaitində oxucuya tətbiq olunmasına başlanılması nəzərdə tutulan, mübahisələrin alternativ həlli yolu olan mediasiya institutu barədə də geniş məlumat verilib, bir sıra yerli və beynəlxalq hüquqi sənədlərdən çıxarışlar təqdim olunub.

Oxşar xəbərlər