- 16:46
Rusiyada məhkəmə azərbaycanlı bloqer Hüseyn Həsənovu qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, işə Moskvanın Presnenski Rayon Məhkəməsində baxılıb.
Bloqer çirkli pulların yuyulmasında təqsirli bilinib.
Məhkəmənin qərarına əsasən H.Həsənov 1 milyon rubl məbləğində cərimələnib, Presnenski rayonunda yerləşən və dəyəri 46 milyon rubl olan qeyri-yaşayış sahəsinin müsadirə edilib.
"Məhkəmə qərarının tam mətnini əldə etdikdən sonra onu təhlil edəcəyik və mütləq şəkildə apellyasiya şikayəti verəcəyik", - bloqerin vəkili deyib.
İstintaqın versiyasına görə, Həsənov fərdi sahibkar kimi fəaliyyəti dövründə 170 milyon rubldan çox vergi ödəməkdən yayınıb. Daha sonra həmin vəsaitin bir hissəsini leqallaşdırmaq məqsədilə Moskva-Sitidəki təxminən 68 milyon rubl dəyərində mənzilin satışı zamanı qeyri-qanuni sxemdən istifadə edib.
Humay Eminqızı