Sabah bu rayonlarda qaz kəsiləcək


  • 09:52

Sabah İmişli, Saatlı, Sabirabad rayonları və Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismar İdarəsindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 22-də saat 08:00-dan işlər yekunlaşanadək İmişli, Saatlı, Sabirabad rayonunlarının bəzi ərazilərində, həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Oxşar xəbərlər