- 17:05
Yunanıstan hökuməti müdafiə xərclərini azaltmaq məqsədilə ölkədəki 831 hərbi düşərgədən 187-sini bağlamağı planlaşdırır.
E-huquq.az "Kathimerini" qəzetinə istinadən xəbər verir ki, 2026-2035-ci illəri əhatə edən plan milli müdafiə naziri Nikos Dendias tərəfindən parlamentin Milli Müdafiə üzrə Daimi Komitəsinə təqdim edilib.
Planın həyata keçirilməsi nəticəsində ildə 100 milyon avro qənaət edilməsi nəzərdə tutulur.
Məlumata əsasən, islahatlar çərçivəsində 10 il ərzində ümumilikdə 1,7 milyard avroya qənaət edilməsi hədəflənir.
Şəbnəm Mehdizadə