- 11:30
ABŞ Prezidenti Donald Trampın administrasiyasının hakimiyyətə gəldiyi gündən indiyədək 300 mindən çox vizanı ləğv etdiyi açıqlanıb.
E-huquq.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Konsulluq məsələləri üzrə nazir müavini Mora Namdar sosial media hesabında məsələ ilə bağlı paylaşım edib.
Namdar Ağ Evin "X" sosial şəbəkəsindəki hesabında yayımlanan "Tramp administrasiyası tarixdəki istənilən administrasiyadan daha sürətlə və daha çox viza ləğv edib" məzmunlu paylaşımı sitat gətirərək 300 mindən çox vizanın ləğv olunduğunu bildirib.
O, ləğv edilən vizaların sayının artmaqda davam etdiyini vurğulayıb.
Nazir müavini viza sahiblərinin ABŞ qanunlarına hörmətlə yanaşmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, qanunlara əməl etməyən şəxslər ABŞ-yə səfər etmək imtiyazını itirə bilərlər.
Şəbnəm Mehdizadə