Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər yaralanıb


  • 10:35

Kolumbiyanın Kauka departamentində orduya məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər yaralanıb.

E-huquq.az Kolumbiya mətbuatına istinadən xəbər verir ki, Popayan və İnsa şəhərləri arasında şəxsi heyət və təchizat daşımaq tapşırığını yerinə yetirən hərbi təyinatlı "UH-60 Black Hawk" helikopteri qəzaya uğrayıb.

Rəsmi şəxslərin bildirdiyinə görə, göyərtədə olan 4 ekipaj üzvü və 15 hərbçi xəsarət alıb. Onlardan 4-ündə sümük sınıqları, qalan 15 nəfərdə isə müxtəlif əzilmələr və küt travmalar müşahidə olunub.

Qəzadan sonra yaralılara yardım göstərmək məqsədilə əraziyə hərbi bölmələr və xilasetmə qrupları göndərilib.

Ordudan verilən açıqlamada qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanıldığı bildirilib.

Helikopterin qəzaya uğradığı Kauka departamentində yerləşən İnza şəhəri, qeyri-qanuni silahlı qruplaşmaların yüksək fəallıq göstərdiyi strateji bir dəhliz kimi tanınır.

Hərbi rəsmilər bildiriblər ki, ilkin araşdırmalar helikopterin yerdən atəşə tutulduğuna dair heç bir sübut aşkar etməyib. Onlar qəzanın əlverişsiz hava şəraiti və ya texniki nasazlıq səbəbindən baş vermiş ola biləcəyini ehtimal edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər