Vanuatu sahillərində 6,3 maqnitudalı zəlzələ olub


  • 13:58

Sakit okean hövzəsində yerləşən Vanuatu ada dövləti sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) yaydığı məlumata görə, zəlzələnin episentri Vanuatunun Port-Olri bölgəsindən 197 kilometr şimal-qərbdə yerləşib.

Ocağı 16 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib.

Hadisə nəticəsində insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər