- 13:58
Türkiyənin Muğla vilayətinin Bodrum rayonu sahillərində 36 qeyri-qanuni miqrant xilas edilib.
E-huquq.az xəbər verir ki, Sahil Mühafizəsi Komandanlığının rəsmi internet saytında yayılan məlumata görə, Bodrum sahillərində xilasetmə salları içərisində bir qrup qeyri-qanuni miqrantın olduğu barədə məlumat daxil olduqdan sonra əraziyə sahil mühafizəsinə məxsus gəmi və kater göndərilib.
Əməliyyat nəticəsində Yunanıstan qüvvələri tərəfindən Türkiyənin ərazi sularına geri itələnən iki xilasetmə salında olan, onlardan biri uşaq olmaqla, ümumilikdə 36 miqrant sahilə çıxarılıb.
Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra miqrasiya idarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə