Polşada İkinci Dünya Müharibəsindən qalma bomba tapılıb, 3 min nəfər təxliyə edilir


  • 17:05

Polşanın Vrotslav şəhərində İkinci Dünya Müharibəsindən qalma 250 kiloqramlıq partlamamış aviasiya bombasının aşkarlanmasından sonra təxminən 3 000 nəfərin təxliyəsinə başlanılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 15-də Koleyova küçəsində otel və ofis kompleksinin tikintisi zamanı aparılan qazıntılar nəticəsində bomba aşkar edilib. Polis ərazini mühasirəyə alıb.

Bombanın zərərsizləşdirilməsi ilə əlaqədar şəhərdə ictimai nəqliyyatın hərəkətində dəyişikliklərin ediləcəyi, dəmir yolu daşımalarında isə fasilələrin yaranacağı bildirilir.

Qeyd edək ki, Vrotslavda tikinti və qazıntı işləri zamanı İkinci Dünya Müharibəsindən qalma partlamamış sursatların aşkarlanması halları tez-tez qeydə alınır. Belə hadisə ilə əlaqədar sonuncu genişmiqyaslı təxliyə iyul ayında Trzemeska küçəsində həyata keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər