Baş prokurordan yeni TƏYİNATLAR


  • 12:46

Baş prokuror Kamran Əliyev yeni təyinatlar edib.

Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Digər əmrlə Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa, Baş prokurorun müvafiq əmrinə əsasən Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.

Oxşar xəbərlər