Türkiyədə mebel fabrikində yanğın baş verib


  • 10:45

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda yerləşən mebel fabrikində yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alovun yüksəldiyini görən ətrafdakı şəxslər yanğınsöndürmə xidmətinə məlumat veriblər.

Məlumat əsasında hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görüldükdən sonra yanğının söndürülməsi istiqamətində işlərə başlanılıb.

Alovun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər