Fransada bu şəxslər üçün komendant saatı tətbiq olunacaq


  • 16:00

Fransanın Marsel şəhərində oktyabrın 24-dək 18 yaşdan kiçik şəxslər üçün saat 22:00-dan 05:00-dək komendant saatı tətbiq ediləcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar oktyabrın 17-də etirazlar zamanı şəhərdə baş verən talan və zorakılıq hallarından sonra qəbul edilib.

Bundan əvvəl Paris, Lion, Lill, Nitsa, Dua və Vattinyenin müəyyən ərazilərində də gecə komendant saatının tətbiq olunacağı açıqlanmışdı.

Qeyd edək ki, oktyabrın 17-də ölkə üzrə keçirilən etirazlar zamanı təxminən 2 500 nəfər saxlanılıb, 1 000-dən çox polis, jandarm və yanğınsöndürən xəsarət alıb. Həmçinin, təxminən 3 000 ticarət obyektinə ziyan dəyib və ya onlar talan edilib.

İğtişaşlar zamanı bir sıra inzibati və turizm obyektlərinə də zərər vurulub. Sahibkarlar baş verənlərə görə hökuməti böhranı idarə edə bilməməkdə ittiham ediblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər