- 17:05
Türkiyənin İstanbul və Mersin şəhərlərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlar nəticəsində 7 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə keçirilən əməliyyat çərçivəsində şübhəlilərin münaqişə zonaları ilə Türkiyə arasında, eləcə də ölkə daxilində qanunsuz pul köçürmələri həyata keçirdikləri müəyyən edilib.
Polis İstanbulda 10, Mersində isə bir ünvanda eyni vaxtda əməliyyat keçirib.
Saxlanılan şəxslər polis bölməsinə aparılıblar.
Şəbnəm Mehdizadə