- 19 Oktyabr 18:43
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu davam etdirilir.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkilləri 10 saylı cəzaçəkmə müəssisəsində və “Ekol” Vəkil Bürosunun vəkilləri isə və 11 saylı cəzaçəkmə müəssisəsində 30 nəfərə yaxın məhkuma müxtəlif məsələlər ətrafında pulsuz hüquqi yardım göstərilib və müvafiq izahatlar verilib.