- 17:05
Danimarka mənşəli mebel və ev dekorasiyası şəbəkəsi JYSK 8 noyabr 2026-cı il, bazar günü İsveçdəki bütün mağazalarını bağlayacaq.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar iqtisadi səbəblərlə deyil, əməkdaşlar üçün keçiriləcək irimiqyaslı tədbirlə bağlıdır.
Noyabrın 7-də Göteborqda təşkil olunacaq ənənəvi işçi şənliyində təxminən 1 500 nəfərin iştirakı gözlənilir.
JYSK İsveçin kommunikasiya meneceri Sandra Martinsson bildirib ki, tədbirin 10-11 milyon İsveç kronuna başa gələcəyi proqnozlaşdırılır. Bu məbləğə əməkdaşların yol xərcləri daxil deyil.
Şirkət mağazaların bir günlük bağlanmasının səbəb olacağı mümkün gəlir itkisini açıqlamayıb. Filialların noyabrın 9-da, bazar ertəsi yenidən fəaliyyətə başlayacağı bildirilib.
JYSK daha əvvəl, 2024-cü ilin noyabrında Finlandiyada da əməkdaşlar üçün təşkil olunan tədbirə görə mağazalarının demək olar ki, hamısını bir günlük bağlamışdı.
Şəbnəm Mehdizadə