Nigeriyada hava zərbələri nəticəsində "Boko Haram"ın 103 üzvü öldürülüb


  • 16:22

Nigeriya ordusunun ölkənin şimal-şərqində "Boko Haram" terror qruplaşmasına qarşı keçirdiyi hava əməliyyatları nəticəsində təşkilatın 103 üzvü öldürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə Nigeriya Silahlı Qüvvələrinin "Hadin Kai" antiterror əməliyyatının komandanı vəzifəsini icra edən Məhəmməd Musa Qoninin məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 10-dan 18-dək Adamava və Borno ştatlarında həyata keçirilən zərbələr zamanı qruplaşmanın bir sıra üzvləri də yaralanaraq qaçıb.

2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən "Boko Haram" 2009-cu ildən bəri çoxsaylı insan tələfatına səbəb olan hücumlar həyata keçirib. Qruplaşma sonradan Kamerun, Çad və Nigerdə də hücumlar təşkil edib.

Silahlı qarşıdurmalar və terror hücumları nəticəsində bölgədə minlərlə insan həyatını itirib, yüz minlərlə sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər