- 19:26
Hörmüz boğazının cənub hissəsində 2 milyondan çox barel neft daşıyan tankerin dəniz minasına düşdüyü və bundan sonra gəmidə yanğın baş verdiyi bildirilir.
E-huquq.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Qayda pozan supertanker Hörmüz boğazının cənubunda dəniz minasına düşüb və yanmağa başlayıb”, – məlumatda deyilir.
SEPAH-ın iddiasına görə, gəmi bütün radar və naviqasiya sistemlərini söndürüb, korpusun Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayaraq, icazə verilməyən cənub marşrutu ilə boğazdan çıxmağa cəhd edib.
SEPAH tankerin adını açıqlamayıb.