- 11:02
Türkiyənin Afyonkarahisar vilayətinin Emirdağ rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər həyatını itirib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və jandarm qüvvələri cəlb edilib.
Hadisə yerinə gələn müvafiq qurumların əməkdaşları avtomobillərdə olan 4 nəfərin həyatını itirdiyini müəyyən ediblər.
Qəza səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Şəbnəm Mehdizadə