Bu yolda avtomobillərin sürət həddi azaldıldı


  • 12:10

Zığ şosesi hava limanı istiqamətində avtomobillərin sürət həddi azaldılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda Zığ şosesi hava limanı istiqamətində yolda aidiyyəti qurum tərəfindən rənglənmə işləri aparılır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə işlərin aparıldığı əraziyə yaxın məsafədə yerləşən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib.

Belə ki, hərəkət zolaqlarından biri üzrə sürət həddi işlər bitənədək 40 km/saatadək endirilib, digər zolaqlar üzrə isə nəqliyyat vasitələrinin daxil olmaması üçün (əvvəlcədən məlumatlanması məqsədilə) portal qurğularında "X" işarələri aktivləşdirilib.

Sürücülərdən yolun sözügedən hissəsində hərəkət zamanı diqqətli olmaları və sürət həddinə əməl etmələri xahiş olunur.

Oxşar xəbərlər