İtkin düşmüş Ağdam sakininin axtarışları davam edir


  • 10 İyun 2021 21:23

İtkin düşmüş Ağdam rayon sakininin axtarışları aparılır.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan e-huquq.az-a bildirilib ki, Ağdam rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə əlaqədar Rayon Polis Şöbəsinə 2 gün öncə müraciət daxil olub.

Müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bütün rayon ərazisində axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyir. Sonuncu dəfə 5 gün əvvəl işlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb.

Oxşar xəbərlər