İstanbulda mikroavtobus yük maşınına çırpıldı: 9 nəfər yaralandı


  • 10:58

Türkiyənin İstanbul şəhərinin Arnavutköy rayonunda işçiləri daşıyan mikroavtobusun yük maşınına çırpılması nəticəsində 9 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərəkətdə olan mikroavtobus yol kənarında dayanmış torpaq daşıyan yük maşınına arxadan çırpılıb.

Qəza nəticəsində mikroavtobusda olan 9 nəfər xəsarət alıb.

Yaralılar ətrafdakı şəxslərin və yanğınsöndürənlərin köməyi ilə avtomobildən çıxarılaraq təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər