Türkiyədə 2 min illik Zevs heykəlinin baş hissəsi aşkarlanıb


  • 11:02

Türkiyənin İzmir şəhərinin Konak rayonunda Roma dövrünə aid olduğu və təxminən 2 min il yaşı olduğu ehtimal edilən mərmər Zevs heykəlinin baş hissəsi ələ keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları tarixi əsərlərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Əməliyyat çərçivəsində Konak rayonunda əvvəlcədən müəyyənləşdirilmiş ünvana basqın edilib. Axtarış zamanı mərmər Zevs heykəlinin baş hissəsi aşkarlanaraq götürülüb.

İlkin qiymətləndirmələrə görə, tarixi artefakt Roma dövrünə aiddir və təxminən 2 min il əvvələ təsadüf edir.

Faktla bağlı 3 şübhəli saxlanılıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər