Türkiyə Vəkillər Birliyi ilə İnsan Haqları və Bərabərlik Qurumu əməkdaşlıq edəcək


  • 13 Oktyabr 2021 00:39

Türkiyə Vəkillər Birliyi ilə Türkiyə İnsan Haqları və Bərabərlik Qurumu arasında əməkdaşlıq memorandumu imzalanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlu məlumat verib.

O bildirib ki, cəmiyyətdə insan hüquqları mövzusuna diqqət yönəltmək üçün sözügedən qurumla birlikdə fəaliyyət göstərəcəklər.

"Həmkarlarıma və xalqımıza fayda verən əməkdaşlıq olacağına inanıram. Vəkillərə Türkiyə İnsan Haqları və Bərabərlik Qurumuna müraciət qaydaları ilə bağlı təlimlər keçiriləcək", - deyə M. Feyzioğlu qeyd edib.

Oxşar xəbərlər