Ərdoğan ötən gün şəhid olan hərbçilərin ailələrinə başsağlığı verdi


  • 25 Yanvar 2023 14:03

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün şəhid olan hərbçilərin ailələrinə başsağlığı verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın başsağlığı diləkləri Ağrı əyalətində şəhid olan Muammer Ay və Ali Arslanın ailələrinə çatdırılıb.

Qeyd edək ki, dünən Ağrı əyalətinin Doğubayazıt qəsəbəsində hərbçilərin olduğu avtomobil qarlı hava səbəbindən dərəyə aşıb. Qəza nəticəsində iki əsgər ağır yaralanıb. Yaralılar Doğubayazıt Dövlət Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.

Eltac Nurullazadə

Oxşar xəbərlər