Türkiyədə fabrikdə yanğın baş verib


  • 28 Sentyabr 12:37

Türkiyənin Qaziantep şəhərində plastik torba istehsa edən fabrikdə yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, fabrikin anbarında başlayan yanğının söndürülməsi üçün Qaziantep Böyükşəhər Bələdiyyəsinin xilasetmə qrupları və yanğınsöndürənlər cəlb edilib.

Yanğın qısa müddətdə söndürülüb. Anbarda soyutma işləri davam edir.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər