Türkiyədə ağır qəza: 3 nəfər ölüb, 10 nəfər yaralanıb


  • 18 İyul 2024 15:00

Türkiyənin Antalya şəhərində 2 avtomobil toqquşması nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Antalya-İsparta yolunda qeydə alınıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisə yerinə jandarma və təcili tibbi yardım qrupları cəlb edilib.

Zərif Sofiyeva

Oxşar xəbərlər