"Azərbaycan Dəmir Yolları" QSC-nin yarımstansiyasında yanğın oldu


  • 6 Avqust 2022 21:53

Hacıqabulda "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yarımstansiyada yanğın olub.

Bu barədə e-huquq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində QSC-yə məxsus yarımstansiyanın transformatoru yanıb. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər