Xaçmazda dənizdə batan iki gəncin meyiti tapıldı


  • 13 Avqust 2022 00:04

Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) batan Quba rayonu, Gəray kənd sakini, 2004-cü il təvəlludlü Məmmədov Məhəmməd Vaqif oğlu və Püstəqasım kənd sakini, 1996-cı il təvəlludlü Nəzirov Eşqin Elçin oğlunun cəsədi tapılıb.

E-huquq.az xəbər verir ki, gənclərin meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər