Bakıda kuryer qəzaya uğradı - FOTO


  • 26 Yanvar 2023 21:28

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, “Wolt” şirkətinin kuryeri motosikletlə hərəkətdə olarkən "Lexus" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində kuryer xidməti göstərən motosiklet sürücüsü bədən xəsarətləri alıb və huşunu itirib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər