Deputat Fazil Mustafa güllələndi: Hazırda əməliyyat olunur - YENİLƏNDİ


  • 28 Mart 2023 23:35

Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

E-huquq.az xəbər verir ki, deputat hazırda əməliyyat olunur.

Qeyd edək ki, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu qoyulub.

Hazırda Kliniki Tibbi Mərkəzin qarşısında Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri toplaşıb.

***

22.34

Milli Məclisin deputatı Fazil Mustafa evinin qarşısında silahlı hücuma məruz qalıb.

E-huquq.az-ın xəbərinə görə, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.

Nəticədə deputat ayağından və çiynindən güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

Oxşar xəbərlər