Fərdi əmək mübahisələri üzrə qərarların və qətnamələrin icrası qaydaları necə tənzimlənir?


  • 25 Oktyabr 2021 12:48

Fərdi əmək mübahisələri üzrə qərarların və qətnamələrin icrası qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir.

E-huquq.az xəbər verir ki, fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.

Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir.

Oxşar xəbərlər