- 29 May 11:52
Bəzi hallarda ailələrdə yaranmış problemlər nikahın pozulması tələbinin yaranması ilə nəticələnir. Qanunvericiliyə əsasən, qadın bütün hallarda boşanma ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Bəs ərin belə hüququ varmı və ya o, hansı halda boşanmaq üçün məhkəməyə müraciət edə bilməz?
Məsələ ilə bağlı e-huquq.az-ın sualını vəkil Vüsal Səfərov cavablandırıb. O bildirib ki, Ailə Məcəlləsinə əsasən, ananın hamiləliyi dövründə və uşaq bir yaşına çatana kimi ata nikahın ləğvi ilə bağlı məhkəməyə müraciət edə bilməz: "Hətta, uşaq ölü doğulduğu hallarda belə yenə də bu qanun qüvvədə olur".
Vəkil boşanma müddəti ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, qadın hamilə deyilsə, bir yaşına çatmayan övlad yoxdursa, tərəflər istənilən vaxt nikahın pozulması üçün müraciət edə bilər.