- 14 Oktyabr 16:48
Əlillik dərəcəsinin təyin edilməsi və təkrar əlillik dərəcəsinin verilməsi məsələsi Nazirlər Kabinetinin qərarları əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilir. Əlillik dərəcəsinin müddəti bitdikdən sonra sənədlər xəstəxanaya təqdim edilməli, xəstəxana tərəfindən isə forma 88 yazılıb sistəmə yüklənilməlidir. Sənədlər sistemə yüklənildikdən sonra əlillik dərəcəsi elektron qaydada təyin edilir.
Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Şəxsin əlillik dərəcəsi 6 ay ərzində ərzində təkrar qiymətləndirmədə əlillik təyin edildikdə ötürülmüş müddət bərpa edilməklə şəxs əlil hesab edilir və itirimiş 6 ayın pensiyası ödənilir.
Əlillik dərəcəsi 6 aydan çox müddətə təyin edildikdə həmin 6 ayın pensiyası ödənilmir. Vətəndaş bu halda günahkar qurumdan və ya qurumlardan şəxsə dəymiş maddi ziyanı məhkəmə qaydasında tələb etmək hüququ var.
Əsas:
Əmək pensiyaları haqqında qanuna əsasən Orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır (36).
Əmək pensiyaları haqqında qanuna əsasən Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir (41).
Əlilliyi olan şəxslərin hüquqları haqqında qanuna əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir (3.3-1).
Rahim Abıyev
Hüquqşünas