Moskva məhkəməsi Rövşən Əsgərovu barəsində qiyabi həbs qərarı çıxardı


  • 24 May 2022 17:15

Rusiyada Moskvanın Basman rayon məhkəməsi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu qiyabi olaraq həbs edib.

E-huquq.az-ın məlumatına görə, TASS-a istinadən xbəbər verir ki, R.Əsgərov barəsində ekstradisiya olunacağı təqdirdə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açmış, mayın 11-də o axtarışa verilmişdi.

Məlumatda qeyd olunurdu ki, R.Əsgərov öz "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb.

Oxşar xəbərlər