Konstitusiya Məhkəməsinə 12 sorğu, 28 müraciət, 1792 şikayət daxil olub - HESABAT


  • 24 Yanvar 2023 21:29

Ötən il Konstitusiya Məhkəməsinə 12 sorğu, 28 müraciət, 1792 şikayət daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi Aparatının 2022-ci ilin yekunlarına həsr olunmuş hesabat iclasında bildirilib.

Məlumat verilib ki, 2022-ci ildə Konstitusiya Məhkəməsinə 12 sorğu, 28 müraciət, 1792 şikayət (onlardan 625 şikayət onlayn müraciət vasitəsilə) daxil olub. Həmçinin diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin rəsmi internet saytı vasitəsilə daxil olan ərizə və məktubların sayı bir qədər artıb. Daxil olan şikayətlərdən 551-i müvafiq qaydada baxılması üçün Konstitusiya Məhkəməsinin palatalarına verilib, digərləri isə baxılması üçün aidiyyəti orqanlara göndərilib.

Qeyd edilib ki, ötən il Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar geniş hüquqi əhəmiyyətə malik 45 qərar və 15 qərardad qəbul olunub. Onlardan 13 qərar sorğular, 18 qərar məhkəmə müraciətləri, 14 qərar isə şikayətlər əsasında qəbul edilib.

Oxşar xəbərlər