- 25 Sentyabr 17:49
Sumqayıt Apellyasiya Məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Orxan Abdullayevin cəzasını azaldıb.
Bu barədə e-huquq.az-a vəkil Ruslan Mustafazadə məlumat verib.
Onun sözlərinə görə, hakim Azər İsmayılovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, O.Abdullayevin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü (Satış məqsədi ilə küllü miqdarda narkotik vasitə saxlama) maddəsindən həmin Məcəllənin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlama) maddəsinə tövsif edilib.
O, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib və 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 9 aya endirilib.
Şəbnəm Mehdizadə