"Nurgün Motors" şirkətinə cərimə yazıldı


  • 7 Dekabr 2023 15:15

"Nurgün Motors" şirkətinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə "Nurgun Motors" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər